Dünya futbolu

Niderland millisinin yeni baş məşqçisi bilindi

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kuman Niderland millisinə rəhbərlik edəcək.

İdmanxeber.az Niderland Kral Futbol Federasiyasının (KNVB) rəsmi saytına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssislə 2026-cı ilədək müqavilə imzalanıb.

O, Qətərdə keçiriləcək dünya çempionatından sonra komandaya rəhbərlik edəcək və Lui Van Qalı əvəzləyəcək.

Qeyd edək ki, 2021-ci ildən yığmaya rəhbərlik edən Lui Van Qal xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43