Ölkə futbolu

Növbəti “Böyük oyun”un keçirilmə tarixi bəllidi – Bu dəfə kubokda

Azərbaycan kubokunda 1/4 finalçılar bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran” “Kəpəz”i, “Neftçi” isə “Qaradağ Lökbatan”ı məğlub edərək növbəti dəfə bir-birilərinə rəqib olublar. 

Barışmaz rəqiblər arasındakı ilk görüş martın 2-də Lənkəranda olacaq. Cavab görüşü isə martın 9-da Bakıda keçiriləcək.

Bu cütün qalibi “Sumqayıt” – “Qarabağ” cütünün qalibi ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43