Dünyadan

Nuri Şahin üçün yeni iddia

Alman mətbuatı “Borussia Dortmund”dan ayrılmasına qəti olaraq baxılan Nuri Şahini transfer etmək istəyən komandaların sayının artdığını yazıb.

İdmanxeber.com-un məlumatına görə, Türkiyə təmsilçilərindən “Trabzonspor” və “Qalatasaray” ilə adı anılan Nuri Şahin üçün Almaniyadan yeni iddilar ortaya atılır.

Alman “Bild” qəzeti keçdiyimiz günlərdə təcrübəli yarımmüdafiəçinin “Borussiya Münxenqladbax”a transfer ola biləcəyini açıqlamışdı.

Bu gün yenə həmin qəzetdə dərc edilən xəbərə görə isə, “Hamburq” klubu da futbolçu üçün “Borussiya” təmsilçisinə təklif göndərəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43