Dünya futbolu

“Nyukasl”da şok: ulduz futbolçu saxlanıldı

“Nyukasl”ın futbolçusu Joelinton polislər tərəfindən saxlanılıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb oyunçunun içkili vəziyyətdə avtomobil idarə etməsi olub. Dünən gecə yaşanan hadisə zamanı polislər braziliyalı hücumçunu saxlayıblar.

Hadisə ilə bağlı hüququ muhafizə orqanları açıqlama yayıb. Bildirilib ki, futbolçu saxlanaraq polis bölməsinə təhvil verilib. Onun yanvarın 26-da hakim qarşısına çıxacağı qeyd edilib.

Joelinton 2019-cu ildə 41 milyon funt sterlinq qarşılığında “Xoffenxaym”dan “Nyukasl”a keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43