Dünyadan

“Old Trafford”da yanğın

“Mançester Yunayted”in stadionu “Old Trafford”da yanğın baş verib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Mirror” nəşri məlumat yayıb.Məlumata görə stadionun cənub hissəsində sıx tüstü müşahidə edilib.

Hadisənin “Bobbi Çarlton” sektorunda baş verdiyi bildirilib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıb.

Qeyd edək ki, “Old Trafford” stadionu 1909-cu ildə inşa edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43