Kateqoriyasız

“Olimpiakos”un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

“Qarabağ”ın rəqiblərindən olan Yunanıstanın “Olimpiakos” komandasının yeni transferi Marseloda xroniki zədə aşkarlanıb.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı oyunçunun bud əzələsində problem aşkarlanıb. İddiaya görə, Pirey təmsilçisi ulduz futbolçunun ağır zədədən əziyyət çəkdiyini bilsə də, bunu ictimaiyyətdən gizlədib.

Marselo Yunanıstan klubuna cari mövsümün əvvəlində azad agent kimi keçib.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43