Ölkə futbolu

Ölkə kubokunun oyunlarını canlı yayımlayacaq telekanal da bəlli oldu

Bildiyiniz kimi Azərbaycna Premyer Liqasının yayım hüququ CBC telekanalındadı.

İdmanxeber.com-un məlumatına görə, sözügedən kanal həm də Azərbaycna kuboku matçlarını cnalı yayımlayacaq.

Bunu bu gün Azərbaycan kubokunun püşkatma mərasimində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. Qurum rəsmisi bildirib ki, bundan sonra Premyer Liqa matçları ilə yanaşı ölkə kubokunun oyunlarını da CBC canlı olaraq azarkeşlərə göstərəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43