Kateqoriyasız

Öncə Anastasiu, sonra Qriqorçuk

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Panatinaikos” matçı öncəsi baş məşqçilərin mətbuat konfransının vaxtı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, bu gün ilk olaraq jurnalistlərin önünə “Panatinaikos”un baş məşqçisi Yannis Anastasiu çıxacaq. Yunanıstanlı mütəxəssisin mətbuat konfransı saat 18:45-də başlayacaq.  

20:15-də isə “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43