Kateqoriyasız

Ötən ilin ən yaxşı futbolçusu açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ildə dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Argentina millisinin kapitanı Lionel Messi bu ada layiq görülüb. O, səsvermədə 275 səs toplayıb və bütün rəqiblərini qabaqlayıb.

Xatırladaq ki, 2021-ci ildə bu mükafata polşalı Robert Levandovski layiq görülüb.

Lionel Messi (Argentina, PSJ) – 275 səs

Kilian Mbappe (Fransa, PSJ) – 35 səs

Kərim Benzema (Fransa, “Real”) – 30 səs

Luka Modriç (Xorvatiya, “Real”) – 15 səs

Erlinq Haland (Norveç, “Mançester Siti) – 5 səs


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43