Ölkə futbolu

“Oyuna daha çox nəzarət etməyi, hücum qurmağı düşünürdük”

“Turnir cədvəlində bir-birinə yaxın olan iki komanda görüşürdü. Bilirdik ki, ağır oyun olacaq. Gəncə səfəri hər komanda üçün çətin keçir. Oyuna daha çox nəzarət etməyi, hücum qurmağı düşünürdük”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Kəpəz” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Komanda bunu etməyə çalışdı, istədiyimi meydanda verdi. Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Qarşıdakı matçları düşünürük. Bilirik ki, oyun keyfiyyətimizi artırmalıyıq. Qələbə təsadüfi də ola bilər, məni komandanın 3-4 oyundur istədiyimi verməyə çalışması sevindirir. Həmin oyun elementlərini qaydasına salsaq, nəticələr də gələcək. İlkin Qırtımov universal futbolçudur. Verdiyimiz tapşırıqları layiqincə yerinə yetirir. Ahmad Ayzaya potensialı olan, bizim üçün önəmli futbolçudur. Üzərində çalışır və bu mövsüm fərqli çıxış edə bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43