Ölkə futbolu

“Qəbələ” qalib gəldi, “Zirə” məğlub oldu – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk görüşü Gəncədə baş tutub. Autsayderlər “Kəpəz”lə “Qəbələ” birincilərin meydanında üz-üzə gəlib.

Oyun qonaqların qələbəsi ilə başa çatıb -1:0. Bu nəticənin ardından “Qəbələ” 7 xalla 9-cu pilləyə yüksəlib. 4 xalı olan “Kəpəz” isə sonuncu sıraya yuvarlanıb.

Lider “Zirə” mövsümə gözlənilməz nəticələrlə başlayan “Araz-Naxçıvan”ın qonağı olub. “Qartallar”  görüşdən məğlub ayrılıb – 0:1.

Naxçıvan təmsilçisi bu qələbə ilə xallarının sayını 13-ə çatdıraraq 4-cü pilləyə yüksəldi. “Zirə” isə 16 xalla ikinci sıraya geriləyib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Sumqayıt”ı 5:0, “Neftçi” “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib, “Səbail”lə “Sabah” (2:2) bərabərə qalıblar.

Premyer Liqa
VIII tur
1 oktyabr (bazar)

16:00. “Kəpəz” – “Qəbələ” 0:1

Qol: Bilel Auaşeriya, 52
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Asiman Əzizli, Rəşad Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Gəncə şəhər stadionu

18:30. “Araz-Naxçıvan” – “Zirə” 1:0

Qol: Nuno Rodriges, 78
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Cəmil Quliyev, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Dalğa Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43