Ölkə futbolu

“Oyunlarına baxanda bütün mövqelərin “işlədiyi”ni görmək olar”

Premyer Liqanın 15-ci turunda “İnter”i qəbul edəcək “Bakı”nın baş məşqçisi Milinko Pantiç derbi öncəsi fikirlərini açıqlayıb. Klubun rəsmi saytına danışan Pantiç bunları deyib:

“Mənə elə gəlir ki, bu, ilin ən çətin oyunu olacaq. “İnter” fərqli sistemlə çıxış edən, özünəməxsus üslubu olan çətin komandadı. Oyunlarına baxanda bütün mövqelərin “işlədiyi”ni görmək olar. Üstəlik, qol imkanlarından səmərəli istifadə edə bilirlər. Mən bu komandaya hörmətlə yanaşıram. Onlar indi yüksəlişdədilər. Baxmayaraq ki, çempionatın əvvəlində rəqib aşağı pillələrdə qərar tuturdu, indi “İnter”in, tədricən, üst mövqelərə qalxması onların həqiqətən də, güclü olduğunu göstərir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43