Kateqoriyasız

Bayılda bir qol qalibi müəyyənləşdirdi

Bu gün Premyer Liqada 15-ci turun oyunlarına start veriləcək.

İlk oyun günündə bir qarşılaşma baş tutacaq. 

Turun açılış matçında "Rəvan" və "Qəbələ" klubları üz-üzə gələcəklər. "Qəbələ" Bayılda 3 xal qazanarsa çempionluq yolunda növbəti addımı atmış olacaq. Premyer Liqanın autsaderi olan "Rəvan" isə "Qarabağ"dan aldığı 1 xalın eyforiyyasına qapılmasa, bölgə komandasını da büdrədə bilər.
29 noyabr (cümə)

19:00. “Rəvan” – “Qəbələ” 0:1
Qol:
Kamanan, 28
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, Nahid Əliyev, Feyzulla Feyzullayev
Bayıl Arena stadionu.

30 noyabr (şənbə)
14:00. “Bakı” – “İnter”
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

17:00. “Xəzər Lənkəran” – AZAL
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Elşən Acalov, Teymur Fərhadov
“Xəzər Lənkəran” mərkəzi stadionu.

17:00. “Simurq” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Zeynal Zeynalov, İnqilab Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Elvin Əsgərov
Zaqatala şəhər stadionu.

17:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Coşqun Həsənov, Fərid Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43