Dünya futbolu

Ozan Can qol vurdu, komandasından darmadağın

Niderland Eerste Divizyesində (I Liqa) 34-cü turun oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş oyunçusu Ozan Can Kökçünün formasını geydiyi “Telstar” səfərdə “Ekselsior”un qonağı olub. Matç futbolçumuzun komandasının 4:1 hesablı qələbəsiylə başa çatıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. 23 yaşlı vinger qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O. 52-ci dəqiqədə penaltidən komandasının üçüncü qolunu vurub.

Xallarını 35-ə yüksəldən “Telstar” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43