Dünyadan

Özil Almaniyanın ən yaxşı futbolçusu seçildi

Almaniyada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Almaniya Futbol Federasiyasının saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, Almaniya millisinin və “Arsenal”ın yarımmüdafiəçisi ötən ilin ən yaxşı oyunçusu seçilib. O, səslərin 54.5 faizini toplayıb. “Real”ın yarımmüdafiəçisi Toni Kroos ikinci (33.9 faiz), “Köln”ün futbolçusu Yonas Hektor üçüncü (4 faiz) olub.

Qeyd edək ki,bu, Özilin 6 il ərzində 5-ci mükafatı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43