Dünya futbolu

Özil atası ilə yolları ayırdı

"Arsenal"ın futbolçusu Məsut Özil  uzun müddətdir meneceri olan atası Mustafa Özillə yollarını ayırıb.

O bu barədə açıqlamasında bildirib:

"Gələcəyim üçün önəmli qərarlar verdim.  "Arsenal" və "Adidas"la müqavilə imzaladım. Londona gəlməklə həyatım tamam dəyişdi. Bunlardan sonra atamla daha çox çalışa bilməyəcəm".
Yarımmüdafiəçinin yeni meneceri qardaşı Mutlu Özil olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43