İdman

“Mançester Yunayted”in baş məşqçisi: “Berti Foqtsla Runini razı sala bilmədik”

"Mançester Yunayted"in baş məşqçisi Devid Moyes maraqlı açıqlamalar verib.

Mütəxəssis millimizin baş məşqçisi Berti Foqtsla birlikdə Şotlandiya yığmasında işlədiyi dövrdə, Ueyn Runini milliləşdirmək üçün çalışsalar da, futbolçunu razı sala bilmədiklərini bildirib:

"Yaxşı xatırlayıram, mən və Berti Foqts Ueyn Runini Şotlandiya millisinə çağırmaq istəyirdik. Runinin nənəsi şotland idi və onun Şotlandiya yığmasında oynayacağı ilə bağlı müəyyən imkan yaranmışdı. Runi mərkəz hücumçusu mövqeyində oynayırdı. Həm arxada, həm də irəlidə yaxşı oyun nümayiş etdirirdi. Həmin vaxt Runi əla formada idi. Əslində onun İngiltərə yığmasını seçəcəyinə şübhə etmirdim. Çünki Şotlandiya ilə müqayisədə İngiltərə milisi daha cəlbedici gəlirdi. Lakin yenə də Foqtsla onun Şotlandiya millisini seçməsinə çalışdıq. Təəssüf ki, istəyimiz baş tutmadı. Runini razı sala bilmədik".
 

Qeyd edək ki, Runi 2002-2004-cü illərdə "Everton"da məhz Devid Moyesin rəhbərliyi altında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43