Premyer Liqa

“Xəzər Lənkəran”ın bəxtsiz futbolçusu: “Superkuboku Lənkərana gətirəcəyik”

“İndiki vəziyyətdə “Simurq”la oyuna kğöklənmişik. Əsas bu matçdır. Bundan sonra “Neftçi” ilə Superkubok oyunundan danışmaq olar”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Junior Nildo deyib.

Braziliyalı hücumçu Superkuboku Lənkərana gətirmək üçün əllərindən gələni edəcəklərini bildirib:

“Çalışacağıq ki, bu dəfə kuboku biz qazanq. Bütün gücümüzü ortaya qoyub, “Neftçi”ni məğlub edib, kuboku Lənkərana gətirməyə çalışacağıq. O başqa bir oyun olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43