Dünya futbolu

Özil: “Ronaldo qədər qola ac deyiləm”

Almaniya millisinin və "Arsenal"ın ulduz futbolçusu Məsut Özil Kristiano Ronaldo haqqında açıqlama verib.

İdmanxeber.com-un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, türk əsilli yarımmüdafiəçi keçmiş komanda yoldaşına təriflər yağdırıb:

"Ronaldo hazırlıq matçlarını belə qazanmaq istəyən futbolçudur. Bərabər oynadığımız vaxtlarda onu daha yaxşı tanıdım. O, heç vaxt öz oyunundan razı qalmır. Mən onun qədər qola ac futbolçu deyiləm".

 

Qeyd edək ki, Məsut Özil "Arsenal"a transfer olana qədər "Real Madrid"də Ronaldo ilə birgə 3 il forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43