Kateqoriyasız

“Panatinaikos”un baş məşqçisi: “Qəbələ” çox təhlükəli komandadır

“Real Sosyedad”la yoxlama görüşü komanda üçün faydalı olacaq. Bəzi futbolçuları sınaqdan keçirmək istəyirəm”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Panatinaikos”un baş məşqçisi Yannis Anastasiou deyib.

UEFA Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları “Qəbələ” ilə oyuna da toxunan təcrübəli mütəxəssis bunları deyib:

 “Qəbələ”nin Avropa Liqasının ilk 3 mərhələsində keçirdiyi oyunların videoyazılarını izləmişəm. Rəqibimiz “Dinamo”, “Çukariçki” və “Apollon”la görüşlərdə yaxşı təsir bağışlayıb. Həmin oyunlara nəzərən deyə bilərəm ki, “Qəbələ” çox təhlükəli komandadır. Tanınmayan komandalar hər zaman daha çox diqqət tələb edir. Bu görüşə ciddi yanaşsaq, uğur qazanacağıq. Əsas olan heç bir rəqibə yuxarıdan aşağı baxmamaqdır”.

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasında ilk matç avqustun 20-də Bakıda, cavab qarşılaşması isə avqustun 27-i Afinada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43