Kateqoriyasız

Millimizin məşqçisi “Qarabağ”ın oyununu izləyəcək

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki köməkçisi  Elxan Abdullayevi İsveçrəyə göndərir.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Abdullayev Bern şəhərində Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Yanq Boys” – “Qarabağ” oyununu izləyəcək.

Qeyd edək ki, avqustun 20-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43