İdman

“Panatinaikos”un futbolçusu: “Qəbələ” haqda heç nə bilmirəm”

“AZ Alkmaar” kimi güclü rəqibə qarşı yaxşı oyun oldu.  Bizim üçün Avroliqada yeni mövsüm başlayır. Rəsmi görüşlər fərqlidir. Gələn həftə keçiriləcək Avroliqa oyununa qədər yüz faiz hazır olmalıyıq”.

Bu sözləri “Qəbələ”nin Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi “Panatinaikos”un futbolçusu Omri Altman “AL Alkmaar”a (Hollandiya) 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.

O, “Qəbələ” haqda heç nə bilmədiyini vurğulayıb: “Əgər üçüncü təsnifat mərhələsindədirsə, deməli, yaxşı komandadır”.

Qeyd edək ki, “Qəbələ”nin “Panatinaikos”la ilk matçı iyulun 27-də Afinada, cavab görüşü isə avqustun 3-ü Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43