Premyer Liqa

Pantiç açıqladı: “Bakı” hücumçu alacaq

“Çoxlu qol epizodundan, penaltidən istifadə edə bilmədik, qapı tirinə dəyən topumuz var idi. Rəqib komandanı təbrik edirəm, düzdür, bu, göstərdiyi oyuna uyğun deyildi. Rəqib komanda sona qədər mübarizə apardı, onlar bu oyunda bizim səhvimizdən istifadə edib qol vumaq istəyirdilər və buna nail oldular. Top qapıya girməyəndə girmir. Növbəti oyun kubok oyunudur, “Sumqayıt”la oyuna kimi komandanı hazırlamağa çalışağacam. Rauf Əliyev penalti vurmaq üçün seçilmişdi, milli komandanın oyunçusudur. Çempionat uzun marafondur, may ayında görəcəyik ki, biz haradayıq. Bugünkü məğlubiyyət mənə çox təsir edir. “Neftçi” ilə oyunu yada salsaq, görərik ki, oyunda aparıcı tərəf biz idik, amma sonda məğlub olduq. Bizim komandada qol vurmaq çatışmır. Komandanın başına iyun ayında gəldim, seçilmiş futbolçular mənim seçimim deyil, komandaya hücümçu lazımdır. Yanvar ayında komandaya hücümçü dəvət edəcəyik. Komandamızda hər şey var, qol çatışmır”. 

Bu fikirləri  "İnter"lə oyundan sonra "Bakı"nın baş məşqçisi Pantiç səsləndirib.

Qeyd edək ki, "Bakı" bu matçda 1:0 hesabı ilə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43