19 Sentyabr 2024
Kateqoriyasız

Pantiç: “Hər oyun başqa bir dünya sayılır”

“Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində qarşılaşacaqları “Simurq”la oyun öncəsi fikirlərini açıqlayıb. 

İdmanxeber.com-un məlumatına görə, “zolaqlılar”ın serbiyalı çalışdırıcısı klub saytına açıqlamasında bunları söyləyib:

“Artıq 4-cü dövrəyə gəlib çıxdıq. Oyunlar azaldıqca 3 xal qazanmaq daha çox zərurətə çevrilir. Statistik göstəricilərə əsasən, “Bakı” cari mövsüm baş tutan hər 3 qarşılaşmada “Simurq”u məğlub edib. Amma bütün bunlar sabahkı görüşümüzdə heç nəyi dəyişmir. Futbolda hər oyun başqa bir dünya sayılır. Qazandığımız qələbələr də fərqli formalarda olub. Bu isə futbolun rəngarəngliyindən xəbər verir. Sadəcə, “Simurq”un sona qədər döyüşən və mövqelər baxımından yaxşı təşkil olunmuş komanda olmasını vurğulamaq vacibdi. Sabah Əfran İsmayılov və Rauf Əliyevin meydana çıxıb-çıxmayacağını hələ müəyyənləşdirməmişəm. Bu yöndə tələsmək düzgün deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43