Dünya futbolu

Paytaxt klubundan şərt – Mourinyo gedə bilər

“Roma” rəhbərliyi baş məşqçi Joze Mourinyonun qarşısına şərt qoyub.

İdmanxeber.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, klubun hədəfi Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Əgər “Roma” dördüncü yeri təmin edə bilməsə,  rəhbərlik Mourinyo ilə yolları ayıracaq.

Komanda hazırda A Seriyasında 5-ci pillədədir. “Canavarlar” 4-cü sıradakı “Latiso”dan bir xal geridə qalır.  Portuqaliyalının “Roma” ilə hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayına kimi hesablanıb.

Komandanın qarşıdakı oyunu martın 5-də “Yuventus”a qarşı keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43