Dünya futbolu

Perez “Real”dan gedir

Florentino Peres “Real”dan gedə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Marça” qəzeti məlumat yayıb.

Məlumata görə, 70 yaşlı Peres işini uğurla davam etdirəcək  varis axtarışındadır. Bundan başqa, yeni prezident klubun qaydalarına tam əməl etməli, “Santyaqo Bernabeu” stadionunun yenidən qurulması yönündəki işi davam etdirməlidir. Lakin qəzetin məlumatına görə, Perez hal-hazırda bu posta heç bir namizəd tapmayıb.

Xatırladaq ki, Perez 2000-ci ildən klubun prezidentidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43