Ölkə futbolu

PFL-dən “Xəzər Lənkəran” və “Neftçi” azarkeşləri üçün şad xəbər

"Xəzər Lənkəran" – "Neftçi" arasında keçiriləcək matç üçün azarkeş qadağası ləğv olunacaq.

İdmanxeber.com-un məlumatına görə, bunun üçün gərək Lənkəranda keçiriləcək oyuna "Neftçi" fanatları buraxılmasın və belədə qərar hər iki tərəfə tətbiq olunmuş olar. Ona görə də, qərarın Lənkəranda keçiriləcək "Böyük oyun"dan sonra  ləğv olunacağı gözlənilir.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən son oyuna "Xəzər Lənkəran" azarkeşləri buraxılmamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43