Dünya futbolu

PFL rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov Avropada növbəti təyinatını alıb.

İdmanxeber.az xəbər verir ki, bu haqda PFL-in saytı məlumat yayıb.

O, UEFA Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin “Anderlext” (Belçika) – “Vilyarreal” (İspaniya) matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, görüş martın 9-da Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43