Dünyadan

Pike prezident olmaq istəyir

“Barcelona”nın ulduz futbolçusu Xerard Pike karyerasını bitirdikdən sonra nə iş görmək istədiyini açıqlayıb.

İdmanxeber.com xəbər verir ki, kataloniyanın “TV 3” kanalına danışan Pike karyerasını başa vurandan sonra “Barcelona” prezidenti olduğunu dilə gətirib: “Düzü, karyeramı başa vurandan sonra özümü texniki direktor olaraq görürəm. Amma klub prezidenti olmaqla sevdiyim komanda üçün çox şey edə bilərəm”

Qeyd edək ki, İspaniya millisinin üzvü 2008-ci ildən “Barcelona”da çıxış edir. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43