Dünyadan

Podolskinin “İnter”ə transfer olmasının əsas səbəbi Ronaldo imiş

“İnter”in yeni transferi Lukas Podolski, “mavi-qaralar”a keçidində əfsanə futbolçu Ronaldonun onu razı saldığını bildirib.

İdmanxeber.com-un məlumatına görə, alman  futbolçu, 6 yanvarda “San Siro”daki ilk matçına çıxmış , “Yuventus” qarşısında matçın ikinci yarısında oyuna daxil olmuşdu. Podolski Avropada illərdir braziliyalı əfsanə Ronaldo ilə əlaqədə olduğunu və qərarını verməsindəki ən əhəmiyyətli faktorun o olduğunu ifadə etdi:

“Hər kəs bilir, Ronaldo mənim idealımdır. Gəlmiş keçmiş ən yaxşı oyunçulardan biri və “İnter” haqqında çox yaxşı danışdı. Bu da mənim bu komandaya transfer olmama səbəb oldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43