Premyer Liqa

Polislər “Neftçi” azarkeşləri qarşısına maraqlı şərt qoyub, Bakıya yola saldılar

“Böyük oyun”dan sonra düşən qalmaqal səbəbi ilə “Fırtınalar meydanı”nda saxlanılan “Neftçi” azarkeşləri az öncə təhlükəsizlik xidmətinin nəzarəti altında paytaxta yola salınıblar.

İdmanxeber.com-un Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, polislər “ağ-qaralı” fanatların qarşısına şərt qoyublar. Belə ki, paytaxt klubunun fanatları əyinlərindəki “Neftçi” formalarını tərs üzünə çevirərək geyinməli olublar. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43