Kateqoriyasız

“Popoviç bu oyunun anti-qəhrəmanı oldu”

Topaz Premyer Liqasının 29-cu turunda “Rəvan” “Bayıl Arena”da “Sumqayıt”ı qəbul etdi. Hərəyə bir dəfə fərqlənən tərəflər yekunda 1-1 hesablı heç-heçəyə nail oldu.

İdmanxeber.com hər iki klubun baş məşqçilərinin matçdan sonra səsləndirdiyi fikirlərlə sizi tanış edir:

Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Maraqlı oyun oldu. İki fərqli hissə izlədik. İlk hissə bizim üstünlüyümüzlə keçdi. İkinci hissədə əks-hücumda oynamaq istədik, amma alınmadı. Rəqib bizi müdafiəyə çəkilməyə məcbur etdi. Andrey Popoviç AZAL-la oyunun qəhrəmanı idi, bu oyunun isə anti-qəhrəmanı oldu. Futbolda belə də olur”.

Güvenc Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “Oyuna yaxşı başladıq. Lakin ilk 10 dəqiqədən sonra rəqib çox yaxşı oynadı. İlk hissədə bir şey edə bilmədik, amma  2-ci hissədə üstün oynadıq. 2-ci hissədəki oyunla qalib gəlməli idik, təəssüf ki, alınmadı. Bir neçə qol epizodundan istifadə edə bilmədik. Oynamayan futbolçulara şans verirəm ki, lazımi idman formasına düşsünlər. Bu tempə alışmaq lazımdır. Futbolçu həftədə iki oyun oynamalıdır ki, daha sürətli tempdə oynasın”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43