Dünyadan

Prandelli günahı özündə gördü: “Məğlub olmağımızın səbəbkarı özüməm”

Çempionlar Liqasının qrup mərhələsinda  “Arsenal”a 1:4 hesabı ilə məğlub olan “Qalatasaray”ın baş məşqçisi Çezare Prandelli matç barədə danışıb.

İdmanxeber.com-un məlumatına görə, Prandelli  məğlubiyyəti belə şərh edib:

“Məğlub olmağımızın səbəbkarı özüməm. Bəzi dəyişikliklər etmək məcburiyyətində qaldıq. Bir-iki mövqedə futbolçularımın daha avqressiv oynamasını istədim.  Müdafiədə yaxşı təsir bağışlamadıq və rəqibin qol epizodları yaratmasına imkan verdik. İkinci hissədə isə futbolçularımın adət etdiyi oyun üslubu ilə oynadıq. Çempionlar Liqasında bu qədər səhv etmək düzgün deyil. Futboçlularımın yaxşı təsir bağışlayacağı oyun üslubu quracağıq. Ancaq bunun üçün futbolçularım mənə inanmalıdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43