Kateqoriyasız

“Sent Etyen”in futbolçusu: “Qarabağ”ı da hesabdan silmək olmaz”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sent-Etyen” klubunun futbolçusu Conatan Brizon rəqibləri barədə danışıb.

İdmanxeber.com-un məlumatına görə, Fransa mətbuatına açıqlamasında futbolçu bu sözləri deyib:

“Məqsədimiz qrupda birinci pilləni tutmaqdır. “İnter” qrupun favoriti olsa da, Milana xal qazanmaq üçün gedəcəyik. Qrupda bir deyil, üç rəqibimiz var. Heç bir komandadan çəkinmirik. Hətta “İnter”dən də. Ancaq “Qarabağ”ı da hesabdan silmək olmaz. Bakıda onların çətin komanda olduğunu gördük. Bəlkə də, elə mərhələni “Sent-Etyen” və “Qarabağ” klubları keçdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43