Ölkə futbolu

Premyer Liqa klubu hücumçusunu bağışladı

“Kəpəz” malili futbolçu Adama Niane ilə bağlı qərarını verib.

İdmanxeber.az-a verilən məlumata görə, “sarı-göylər” forvardı yenidən əsas heyətə qaytarıb. Bir müddət əvəzedici komanda ilə məşqə çıxan Niane məşqçilər heyəti tərəfindən bağışlanıb. 

Mövsüm ərzində performansı birmənalı qarşılanmayan 31 yaşlı hücumçuya qarşıdakı görüşlərdə yenidən şans veriləcək.

Xatırladaq ki, “Kəpəz”in növbəti görüşü səfərdə “Səbail”ə qarşı olacaq. Bu oyun aprelin 14-də saat 16:30-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43