Ölkə futbolu

Azərbaycanda bölgələrdə də tribunalar boş qalır

Azərbaycan II Liqasında XX tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun azarkeşlər tərəfindən ən çox maraq göstərilən görüşü İmişlidə baş tutub. “Kür Araz”ın “Dinamo”nu qəbul etdiyi matçı (2:2) cəmi 250 azarkeş izləyib.

Tamaşaçılar bölgələrdə keçirilən digər oyunlara da maraq göstərməyib:

“Qusar” – “Şahdağ Qusar” (0:2)

“Kapital Bank Arena” (ehtiyat meydança). 30 tamaşaçı

“Füzuli” – “Şəki Siti” (2:2)

 “ASK Arena”. 50 tamaşaçı

“Kürmük Qax” – “Ağdaş” (1:0)

Qax OİK stadionu. 100 tamaşaçı

“Göygöl” – “Baku Sportinq” (0:2)

Göygöl OİK stadionu. 80 tamaşaçı

“Şəmkir” – “Lerik” (2:0)

 Şəmkir OİK stadionu. 157 tamaşaçı

“Cəbrayıl” – “Şəfa” (4:0)

Neftçi Futbol Mərkəzi (IV meydança). 50 tamaşaçı

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43