19 Sentyabr 2024
Ölkə futbolu

Premyer Liqa: Tovuzlu azarkeşlər Bakıda fərq yaratdı

Misli Premyer Liqasının VI turunda ən çox azarkeş qeydə alınan oyun bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, bu, “Sabah” – “Turan Tovuz” qarşılaşması olub. “Bank Respublika Arena”da baş tutan görüşü (2:2) 2420 tamaçı izləyib. Ən az azarkeş isə “Araz Naxçıvan” – “Kəpəz” matçında (1:0) müşahidə olunub. Qarşılaşmada tribunalarda cəmi 100 nəfər qeydə alınıb.

Digər görüşlərdəki tamaşaçı sayı belədir:

 “Şamaxı” – “Sumqayıt”-  (1:0), Şamaxı şəhər stadionu, 1400 tamaşaçı

“Qarabağ” – “Səbail” – (2:1),  “Azersun Arena”, 1600 tamaşaçı

“Zirə” – “Neftçi” – (2:2), Zirə İdman Kompleksinin stadionu, 800 tamaşaçı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43