Ölkə futbolu

Premyer Liqa və I Divizion hakimləri üçün seminar keçirilir

AFFA-nın təşkilatçılığı ilə Misli Premyer Liqası və Birinci Divizion hakimləri üçün seminarı keçirilir.

İdmanxeber.az xəbər verir ki, Hakimlər Komitəsinin sədri Barış Şimşekin rəhbərliyi ilə keçirilən və dörd gün davam edəcək seminarda UEFA hakimlərinin baş məşqçisi, professor Verner Helsen, təhsil üzrə mütəxəssis Burcin Keskin və köməkçi hakimlərin inkişafı üçün Tarık Ongunla, Bahattin Duran iştirak edirlər.

Seminar çərçivəsində Bakı Olimpiya Stadionunda hakimlərdən fitnes testi götürüləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43