Kateqoriyasız

Premyer Liqada 2014/15 mövsümü Lənkəranda bitəcək!

Azərbaycan Premyer Liqasında XXXVI turun oyun cədvəli açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, 2014/15 mövsümünün son turunun qarşılaşmaları eyni gündə baş tutacaq.

Çempionata yekun vurulacaq tur “Sumqayıt” – “İnter” matçı ilə başlayacaq. Ardınca bürünc medallara iddiaçılar “Qəbələ” və “Neftçi”nin ev oyunları eyni vaxtda başlayacaq.

Əyalət klubu “Sumqayıt”ı, bakılılar isə AZAL-ı qəbul edəcək. Mövsümün finişi isə Lənkəranda olacaq. Çempionatın saat 21:00-da başlayacaq son görüşündə “Xəzər Lənkəran” “Simurq”u qəbul edəcək.

XXXVI tur

28 may (cümə axşamı)

19:00. “Sumqayıt” – “İnter”

“Kapital Bank”

20:00. “Neftçi” – AZAL

“Bakcell Arena”

20:00. “Qəbələ” – “Bakı”

Qəbələ şəhər stadionu

21:00. “Xəzər Lənkəran”– “Simurq”

“Xəzər Lənkəran” mərkəzi stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43