Kateqoriyasız

Kamran Ağayevin şansı artdı

Türkiyə Superliqasına vəsiqə qazanan “Kayserispor” qapıçısı Hakan Arıkanla yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, mövsümün ikinci yarısını icarə əsasında “Trabzonspor”da keçirən qolkiperin bu komandaya birdəfəlik keçidi həll olunub.

Qeyd edək ki, bununla da millimizin qapıçısı Kamran Ağayevin klubla olan müqaviləsini uzadaraq Superliqada çıxış etmək şansları artıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43