İdman

Premyer Liqada daha bir istefa

İngiltərənin “Vest Bromviç” klubu baş məşqçisi Toni Pulislə yolları ayırıb.
İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Premyer Liqanın son turunda evdə “Çesli” ilə keçirilən oyunda qeydə alınan 0:4 hesablı məğlubiyyət klub rəhbərliyinin Pulisi göndərməsi ilə nəticələnib.

“Vest Bromviç” hazırda 10 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Toni Pulis 2015-ci ildən “Vest Bromviç”i çalışdırırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43