Dünya futbolu

Premyer Liqadan Səudiyyə Ərəbistanına gedir

“Vest Hem”li Kurt Zuma yanvarda Səudiyyə Ərəbistanına transfer oluna bilər.

İdmanxeber.az-ın məlumatına görə, London klubu 28 yaşlı müdafiəçiyə alternativ olaraq Harri Maquayrı və Edmond Tapsobanı bəlirləyib.

Zuma 2021-ci ildən “Vest Hem”də çıxış edir. O, bu mövsüm 8 oyuna çıxıb və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43