Kateqoriyasız

Premyer Liqamızda çıxış edən əcnəbi futbolçu: “Burada avtomobil idarə etmək bir qədər qorxuludu”

“Bakıya ilk gəlişimdə Dubaya getdiyimi hiss etdim. Bakı tezliklə Dubaya çatacaq. Buradakı mağaza və butikləri London və Milandakılarla müqayisə etmək olar. Burada hər kəs qarşıdakı Avropa oyunlarına hazırlaşır. Həmin turnir iyun ayında keçiriləcək”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “İnter”in holland futbolçusu Ruben Şaken deyib.

“Voetbal International”a danışan Hollandiya yığmasının sabiq üzvü hələ dil bilməməsinə görə çətinlik çəkdiyini bildirib: “Komandada heç kim ingilis dilində danışmır. Fransalı oyunçumuz olsa da, ona da ancaq “salam” və “işlərin necədi” kimi suallar vermək olur. Azərbaycan dili ilə yanaşı, burada rus və türk dillərindən istifadə olunur. Klub rəsmilərindən xahiş etmişəm ki, mənə heç olmasa rus dilində tərcüməçi tapsınlar ki, baş məşqçinin verdiyi tapşırıqları başa düşüm”.

Bundna əlavə o, Bakıda maşın sürməyin qorxulu olduğunu deyib: “Şadam ki, “Qarabağ”da oynayan Leroy Corc elə də uzaqda yaşamır. O, xeyli müddətdi burda olduğuna görə mənə çox kömək edir. Sürücümü də unutmamalıyam. O, burada mənə hər şeyi göstərir, hər yerə aparır. Özüm sürə bilmirəm. Çünki burada avtomobil idarə etmək bir qədər qorxuludu. Sürücüm həm də mənim üçün tərcüməçilik edir”.

“Bankilrər”in holland futbolçusu oyunlara az azarkeş gəlməsinə də münasibət bildirib: “Əlbəttə, azarkeşlik baxımından Hollandiyada, “Feyenoord”da gördüklərimi burdakılarla müqayisə etmək olmaz. Azərbaycanda oyunların iş saatlarında, gündüz vaxtı keçirilməsinə çox təəccübləndim. Həm də burada futbola ancaq “Renge Rover”i olan varlılar gəlirlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43