Kateqoriyasız

Premyer Liqanın ən yaxşı oyunçusu müəyyənləşdi

İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, İngiltərə Futbol Jurnalistləri Assosiasiyasının üzvləri arasında aparılan rəy sorğusunun nəticəsinə əsasən, “Lester”in hücumçusu Ceymi Vardi birinci yeri tutub.

O, jurnalistlərin 36 faizinin səsini toplayaraq komanda yoldaşları Riyad Mareza və N’Qolo Kanteni geridə qoyub.

Vardi bu mövsüm Premyer Liqada 22 qol vurub və komandasının çempionluğa yaxınlaşmasında böyük rol oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43