Kateqoriyasız

Vaqif Cavadov iki ildən sonra…

Premyer Liqanın XXXII turu Vaqif Cavadov üçün əlamətdar olub.

İdmanxeber.com-un məlumatına görə, 26 yaşlı hücumçu uzun müddəli “qol orucu”nu pozub.

“İnter”lə oyunun start heyətində yer alan “Sumqayıt”ın futbolçusu 6-cı dəqiqədə rəqib qapısına yol taparaq hesabı açıb. Bu onun 730 gündən sonra Premyer Liqada vurduğu ilk qol olub. Belə ki, o, sonuncu dəfə 2013/14 mövsümündə – “İnter”də oynadığı vaxt “Sumqayıt”ın qapısına yol tapmışdı. Həmin qarşılaşma 2014-cü ilin 2 mayında baş tutmuşdu və “İnter” 2:0 hesablı qələbə qazanmışdı.

2014/15 mövsümündə Türkiyənin “Qaziantep BB” və “Boluspor” klublarında çıxış edən Cavadov cari mövsümün ilk yarısında “Qəbələ”də keçirdiyi 3 oyunda və “Sumqayıt”ın heyətində oynadığı 11 matçda qol sevinci yaşamamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43