Kateqoriyasız

Prosineçki millinin heyətini açıqladı

Noyabrın 17-də Moldova milisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

İdmanxebercom-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin baş məşqçisi Robert Prosineçki qarşıdakı oyun üçün 22 futbolçuya dəvət göndərib.

“Xəzər Lənkəran”ın futbolçusu Elşən Rzazadə ilk dəfə olaraq Azərbaycan millisinə çağırılıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Moldova oyunu saat 21:00-da başlayacaq.  

Qapıçılar: Kamran Ağayev (“Karşıyaka”, Türkiyə), Aqil Məmmədov (“Neftçi”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)

Müdafiəçilər: Tərlan Quliyev (“Kəpəz”), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (hamısı “Qarabağ”), Maqomed Mirzabekov, Arif Daşdəmirov, Ruslan Abışov (hamısı “Qəbələ”), Pavel Paşayev (“Metalurq”, Ukrayna)

Yarımmüdafiəçilər: Rəşad Eyyubov (“Kəpəz”), Qara Qarayev, Elvin Məmmədov, Əfran İsmaylov (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Rəhman Hacıyev (“Neftçi”), Rahid Əmirquliyev, Elşən Rzazadə (hər ikisi “Xəzər Lənkəran”), Tuğrul Erat (“Fortuna Düsseldorf”, Almaniya)

Hücumçular: Ruslan Qurbanov (“Neftçi”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43