Milli komanda

“Prosineçkidən soruşun ki, hansı sürprizi hazırlamışdın?” – Maksim Medvedev

Azərbaycan milli komandasının futbolçusu Maksim Medvedevin İdmanxeber.com saytına müsahibəsi:

Ümumi baxanda yaxşı futbol oynadıq. Çalışırdıq ki, topu özümüzdə saxlayaq, hücumlar quraq. Belfastadakı oyuna baxanda burda daha yaxşı oynadıq, qol imkanlarımız oldu. Üstünlük bizdə olsa da, şanssız qol buraxdıq.

– Geriyə daha çox ötürmə edirdiniz. Bu baş məşqçinin tapşırıqı idi, yoxsa hücum qurmaqda çətinlik çəkdiyinizə görə belə addım atırdız?

İrəli gedib topu onlara verməkdənsə, özümüzdə saxlayıb oyuna nəzarət edirdik. Daha çox topla oynamaqla rəqibi əsəbləşdirirdik. Bir-birilərinin üzərinə qışqırırdılar. Zaman-zaman hücumlar qururduq və bu alınırdı.

– Prosineçki bugünklü matçda sürpriz vəd etmişdi. Hansı sürprizdən söz gedirdi?

– Bu sualı Prosineçkiyə verin ki, hansı sürprizi hazırlamışdın? Sürpriz o idi ki, bugün rəqibdən üstün oynadıq. Qol imkanlarımız rəqibdən daha çox oldu. Yəqin ki, sürpriz bu idi.

– Qrupdan çıxmaq şansı azaldı. Bu amil motivasiyanı aşağı salmayacaq?

– Yox, qarşıda hələ oyunlar var. Şansımız azalsa da, ümidimiz var. Əsas odur ki, öz oyunumuzu daha da yaxşılaşdıraq.

– İspaniyalı hakimin idarəçiliyi haqda nə deyərdin?

– Hakim xırda epizodları saxlayırdı. Bu da bizim oyunçuların əsəbləşməsinə səbəb olurdu. Çünki rəqib hər xırda foulda topu qapı qarşısına qaldırırdı.

– Qol zamanı nə baş verdi?

– Sona yaxın komandada yorğunluq özünü göstərməyə başladı. Qabaqda onları sıxa bilmədik və rahatlıqla bizim cərimə meydançamıza doğru irəliləyə bildilər. Nəticədə də, qol vurdular.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43