Milli komanda

“İnter”lə oyundakı şoku yenidən yaşayıram” – Qara Qarayev

“Layiq olmadığımı məğlubiyyəti aldıq. Möhtəşəm futbol sərgilədik. Ancaq nəticə əldə edə bilmədik. Düşünürəm ki, dünyada futbolu məhz buna görə sevirlər”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin futbolçu Qara Qarayev DÇ-2018-in seçmə mərhələsi çərçivsində Şimali İrlandiyaya məğlubiyyətdən (0:1) sonra söyləyib.

Yarımmüdəfiəçi məğlubiyyəti şərh edərkən, rəqibin üstün oynamadığı halda qələbə qazanmasını belə şərh edib:

“Hər şey qaydasında gedirdi. Sadəcə, qol vura  bilmədik. Necə oldu ki, qol buraxdıq. Mənə heç nə aydın olmadı. Vurmsaq belə, o qolu buraxmamalı idik. İtaliyanın “İnter” klubu ilə keçirdiyimiz oyundakı şoku indi yenidən yaşayıram. Elə bilirəm ki, oyun heç-heçə bitib. Belə oyunla uduzmaq yaxşı olmadı. Şansızlıqla yaşadıq. Şimali İrlandiya heç də üstün oynamadı. Onlar həta oyunumuza görə taktiki dəyişiklik də etdilər. İlk hissədəki əvəzetmə zədə ilə bağlı deyildi”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43