08 Sentyabr 2024
Dünya futbolu

PSJ braziliyalı futbolçu üçün 115 milyon verir

PSJ “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraynş ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatıns görə, Paris təmsilçisi onun üçün 115 milyon avro ödəməyə hazırdır. Komandanın baş məşqçisi Luis Enrike bu transferdə şəxsən maraqlıdır.

26 yaşlı futbolçu oktyabrda “Nyukasl”la müqaviləsini uzadıb. Braziliyalının yeni sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulub.

Bu mövsüm Gimaraynş 28 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43