Kateqoriyasız

PSJ ilə oyun öncəsi “Mançester Siti”də ciddi itkilər

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda PSJ ilə qarşılaşacaq “Mançester Siti” ciddi itkilərlə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “şəhərlilər”in heyətində 3 zədəli futbolçu var. İngiltərə nəhənginin aparıcı üzvü Yaya Ture Parisə aparılmayıb. 

Rahim Sterlinq və Vensan Kompaninin də sabahkı görüşdə iştirak edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, sabah keçiriləcək PSJ – “Mançester Siti” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43